Alimlərdən xəbərdarlıq: Planetimiz ciddi təhlükə ilə üz-üzədir



 14:00 19.07.2024     537

Suda oksigenin səviyyəsinin azalması Yer kürəsi üçün ciddi təhlükə yaradır.

Demedia.az  xəbər verir ki, beynəlxalq alimlər qrupu bu barədə “Nature Ecology & Evolution” jurnalında yer alan məqalədə qeyd ediblər.

Mütəxəssislər bildiriblər ki, suda oksigenin səviyyəsi planetin mövcudluğunu dəstəkləmək qabiliyyətini göstərir:

“Şirin su və dəniz ekosistemlərinin müşahidə edilən oksigensizləşməsi Yerin ekoloji və sosial sistemləri üçün mühüm əhəmiyyət kəsb edən başqa bir prosesi təmsil edir”.

Alimlər oksigen səviyyəsinin kritik həddə yaxınlaşdığını göstərən Yerin su mühitinin sürətli və davamlı deoksigenləşməsinə işarə edirlər.

Qeyd edək ki, bundan əvvəl BMT-nin iqlim dəyişikliyi üzrə xüsusi müşaviri Selvin Hart dünya ölkələrini insanları “səssiz qatil” adlandırdığı həddindən artıq istidən qorumaq üçün təcili tədbirlər görməyə çağırmışdı.