DYP baş verən son qəzalarla bağlı hərəkət iştirakçılarına müraciət etdi



 16:57 03.01.2023     568

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi son günlər baş verən yol nəqliyyat hadisələri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərlinin verdiyi xəbərə görə, son günlər baş vermiş yol nəqliyyat hadisələrinin hər biri məsuliyyətsizliyin nəticəsidir:

"Sıxlıqlardan, tıxaclardan qat-qat vacib olan məsələ təhlükəsizlikdir. Baxın baş vermiş hadisələrin heç biri nə sıxlıqda nə də tıxacda olmayıb. Deməli yollarımızın ən böyük problemi sürücülərin,piyadaların və ya sərnişinlərin hərəkət qaydalarına, təhlükəsizliyin təminatına ciddi yanaşmamağın yol açdığı faciələrdir. Əksəriyyət qayda qanunun olmasını istəsədə təəssüf ki həmin qaydaların özündən kənarda olmasını istəyir! Min bir bəhanə ilə hər kəsin özünü haqlı çıxartmaq və qaydaların yanından ötüb keçmək arzusu var. Niyəsə bəzi insanlar başa düşmür ki göz görə-görə özünü təhlükəyə atmaq daha sonra bu ağır hadisələrin nəticəsində faciələri sığortalamır.Bir daha sizdən xahiş edirik ki yola çıxan yaxınlarınızdan,doğmalarınızdan,

dostlarınızdan ehtiyyatlı olmağı tələb edin. Yol hərəkəti qaydaları həyati əhəmiyyətlidir səhfləri bağışlamır (apa).