Ötən il 53 yeni məktəb binası istifadəyə verilib

 17:50 04.01.2023     238

Ölkəmizdə 2022-ci ildə 53 yeni təhsil müəssisəsi istifadəyə verilib.

Demedia.azxəbər verir ki, bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 23-ü yeni məktəb, 30-u isə modul tipli məktəbdir.

Həmçinin 682 məktəb cari, 87 məktəb isə əsaslı təmir olunub.