B qripinin əsas əlaməti açıqlandı



 09:00 06.01.2023     339

N.F.Qamaley adına Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandrr Qinzburq TASS-a bildirib ki, səsin xırıltısı və dəyişməsi B qripinin xarakterik əlamətləridir.

Demedia.az Rusiya mətbuatına istinadən xəbər ki, mütəxəssisin sözlərinə görə, B qripi səs tellərinə təsir edir və insan dərhal burnunu çəkməyə başlayır.

 

O, həmçinin bildirib ki, B qripinin simptomları digər tənəffüs orqanlarının xəstəliklərinə bənzəyir: iltihabi proses burun-udlağından başlayır, sonra bronxlara və ağciyərlərə keçir.

 

Qinzburq vurğulayıb ki, vəziyyətin tənəffüs çatışmazlığına səbəb ola biləcək bakterial infeksiyanın inkişaf nöqtəsinə çatmasına imkan verməmək vacibdir.

 

Bir neçə gün əvvəl Qinzburq etiraf edib ki, B qripi Rusiyada geniş yayılmış A qripini sıxışdıracaq.