Mehriban Əliyeva xristian icmasını Milad bayramı münasibətilə təbrik etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkənin xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.
Demedia.az-ın xəbərinə görə, M.Əliyevanın instaqram hesabında yer alan təbrikdə deyilir:
"Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!".