Bakıda siçovullarla dolu ət dükanı - VİDEO

 18:00 08.01.2023     404

“Keşlə bazarında ət kəsimi məntəqəsində siçovullar olması ilə bağlı məsələ araşdırılacaq”.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, qeyd olunan məsələ Agentlik tərəfindən nəzarətə götürülüb.

“Məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.