Azərbaycanda koronavirusla bağlı SON DURUM
Son sutkada Azərbaycanda koronavirusa 105 yeni yoluxma qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Demedia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Ölkədə bu günədək ümumilikdə 826 908 nəfər koronavirusa yoluxub. Onlardan 816 404 nəfər müalicə olunaraq sağalıb, 10 020 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 484 nəfərdir.
Son sutka ərzində 2 472, bu günədək isə 7 444 231 test aparılıb.