Bakı metrosunda sərnişin vəfat etdi
Bu gün "Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasında, təxminən, 60 yaşında kişi sərnişin vəfat edib.
Bu barədə Demedia.az-a qurumun Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, vətəndaş halı pisləşdiyi üçün saat 7:45-də qatardan düşürülüb və ona dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Bütün səylərə baxmayaraq, sərnişin dünyasını dəyişib.