Qarlı günlərdə Bakıda 50 yol qəzası baş verdi

 12:32 10.01.2023     369

Bakıda yanvarın 9-da 35, yanvarın 10-da isə 15 yol qəzası baş verib.

Bu barədə Demedia.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

O bildirib ki, qeyd edilən 50 hadisənin heç birində ölüm faktı qeydə alınmayıb, onların hamısı maddi ziyanla yekunlaşıb.

Qeyd edək ki, dünəndən Bakıda qarlı hava şəraiti müşahidə olunur.