Türkiyə cəmiyyəti Rusiyanı dost hesab edir
Türkiyə əhalisinin yarıdan çoxu Rusiyanı dost, 90%-i isə ABŞ-ı düşmən hesab edir.
Demedi.az xəbər verir ki, bu barədə Türkiyənin “Gezici” araşdırma mərkəzi məlumat yayıb.
Sorğunun nəticələrinə görə, Rusiyanı dost hesab edən Türkiyə sakinlərinin sayı 62,6% təşkil edir.
“Türkiyə cəmiyyəti getdikcə Qərbdən daha çox uzaqlaşaraq Rusiyaya yaxınlaşır və Kremlə güvənir”, - məlumatda qeyd edilib.