Qazi COVİD-dən öldü, anası da dözməyib vəfat etdi
Vətən Müharibəsi qazisi Zamir Osmanov vəfat edib.
Demedia.az xəbər verir ki, o, Bakıda yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Oğlunun ölüm xəbərini eşidən anası, 1965-ci il təvəllüdlü Esma Çiliyeva da qəfil ürəktutmadan vəfat edib.
Əldə etdiyimiz ilkin məlumata görə, Z.Osmanov koronavirusa yoluxandan sonra ölüb. Bununla bağlı TƏBİB-ə də sorğu ünvanlamışıq.
Qeyd edək ki, Z.Osmanov Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 2021-ci ildə YAŞAT fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib, 1 il 4 ay müalicə alıb.
Xəbəri ilk olaraq “lent.az” saytı yayıb.