Fondun elan etdiyi tarix bitdi, pensiyalar ödənilmədi



 15:30 12.01.2023     333

Azərbaycanda Bakı və Abşeron rayonu üzrə pensiyalar adətən hər ayın 8-nə qədər ödənilir. Amma 2023-cü ilin ilik ayında pensiyaların ödənilməsi gecikir.

Demedia.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan yeni ilin ilk pensiyalarının 11 yanvar tarixində ödəniləcəyi bildirilsə də, ödəniş həyata keçirilməyib.

Qeyd edək ki, DSMF artımların nə zaman ödəniləcəyi ilə bağlı əlavə məlumat veriləcəyini bildirmişdi.

DSMF-yə yenidən sorğu göndərilib.