Neft tankeri partladı - 8 nəfər itkin düşüb

 11:25 17.01.2023     586

Taylandda Muanq bölgəsindəki Mae Klong çayında "Smooth Sea 22" adlı neft tankeri alovlanıb. 

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü yanğın partlayışa səbəb olub. Hadisə nəticəsində 8 nəfər itkin düşüb. 

"Partlayış bir neçə kilometr radiusda hiss edilib. Evlərin pəncərələri sınıb. Təxminən bir saat sonra Dəniz Departamenti gəmidəki yanğının nəzarət altına alındığını bildirib", - məlumatda deyilir.