Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər cərimələnəcək



 11:20 19.01.2023     465

Azərbaycanda jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək.

Demedia.az-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.