Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başa çatdı



 13:43 19.01.2023     353

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başa çatıb.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən Demedia.az-a verilən məlumata görə, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb.

Ənənəvi olaraq faciənin ildönümü ilə əlaqədar olaraq burada Hüzn günü ilə bağlı hazırlıq işləri aparılır, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılıb. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunublar.

Eyni zamanda kommunal, təsərrüfat xidmətləri işçilərinin, təcili təxirəsalınmaz tibbi yardım briqadalarının bütün gün ərzində növbətçiliyi təşkil edilib.

Qeyd edək ki, BŞİH-nin qurumlarının əməkdaşları yanvarın 20-də xiyabanın ərazisində vətəndaşların ziyarətinin təşkili üçün lazımı tədbirlər həyata keçirəcəklər.