Bir dəqiqəlik sükut
Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.
Demedia.az xəbər verir ki, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.