Şəhidlər xiyabanında qarışıqlıq yaratmağa cəhd göstərən şəxs həbs olundu



 12:01 21.01.2023     459

Ötən gün Şəhidlər xiyabanında qarışıqlıq yaratmağa cəhd göstərən şəxs həbs olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Onun sözlərinə görə, yanvarın 20-də Şəhidlər xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib. Cəhdin qarşısı alınıb və onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.//Report.az