Şəkidə iki avtomobil toqquşdu, biri çaya düşdü

 22:37 21.01.2023     333

Şəkidə iki avtomobil toqquşub, onlardan biri çaya düşüb.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, "Wolskvagen Bora" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub.

Daha sonra "Wolskvagen Bora" markalı maşın Qurucana çayına düşüb.

Nəticədə sürücü, 1989-cu il təvəllüdlü Vüqar Məmmədov müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//Report.az