Davosda Azərbaycanda rəqəmsal ekosistemin təşviqi müzakirə olundu
Azərbaycan onlayn təhsil platforması ilə rəqəmsal ekosistemin təşviqi və bu sahədə səriştələri artırmaq üçün imkanları araşdırırır.
Demedia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində 19 yanvar tarixində onlayn təhsil platforması “Coursera”nın baş icraçı direktoru Cef Maggionkalda ilə müasir çağırışlar şəraitində Azərbaycanda rəqəmsal ekosistemin təşviqi və bu sahədə səriştələri artırmaq üçün imkanların araşdırılması barədə fikir mübadiləsi apardıq”, - nazir qeyd edib.