20 Yanvar Kayseridə anılıb
Türkiyənin Kayseri şəhərində 20 Yanvarla bağlı Turan cəmiyyətinin təşkilatçılığı ilə növbəti aksiya keçirilib.
Demedia.az bildirir ki, Qardaşlıq Parkında keçirilən aksiyada Bakıda törədilmiş 20 Yanvar faciəsinin günahkarlarının cəzalandırılmaması pislənib və aksiyanın bəyanatı oxunub. Tədbirdə çıxış edən Turan cəmiyyyətinin qurucusu və sədri Ali İhsan Öztürk qeyd edib ki, 1990-cı ildən bü günə qədər Kayseridə 20 Yanvar, Xocalı Şəhidlərinin anım gününün qeyd edilməsi artıq bir ənənə halı alıb. O, 33 il öncə Bakının işğal edilməsini - qadın, uşaq, ahıl demədən insanlarımızın tankların altında əzilməsini televiziyadan duyduqlarını və Yanvarın 24-ü Kayseri Cümhuriyyət Meydanında 10 min etrazçının qatıldığı bir etiraz aksiyası təkil etdiklərini bildirib.
Nümayişcilərinin magistral yollla 3 km yürüyərək Kayseri Cumhuriyyyət meydanına gəlməsini və aksiyada rəhmətlik advokat Nevzat Türkden, Erciyez universitetini müəlllimi Mustafa Öztürk və bir çox ziyalının “Bakı dərhal işğaldan azad olunmalı”, “ İşğalçı ordu rədd ol” kimi şürlarlarla çılğın nitq söyləmələrini və beynəlxalq qurumlardan Bakının sovet ordusu tərəfindən işğalına təpki verilməsinin tələb edildiyini xatırlatdı. Cəmiyyətin sədri Türkiyə xaricində 20 -yə yaxın təmsillciyə malik Turan cəmiyyətinin, bu gün də Bakı cinayətkarlarının cəzalandırlmasını tələb etiklərini bildirib.
O, həmcinin bildirib ki, 20 Yanvar hadisəsinə təkcə faciə kimi baxmır, "20 Yanvar"ı həm də bir qəhrəmanlıq səlnaməsi kimi qavrayır: "Azadlıq mücadiləsidir. Xalq Bakıda törədilən hərbi cinayətə susmadı. Əksinə, əli yalın olaraq silahlı sovet ordusun qarşına çıxdı".
Cəmiyyyətin sədri Azərbaycan həqiqətlərinin açıklanması üçün bundan sonra da mübarizələrini davam etdirəcəklərini də bildirib. Aksiyada iştirak edən müxtəlif dərnək nümayəndələri, Erciyəz universitetinin tələbələri 20 Yanvar şəhidlərini ehtramla anıblar.
Elşən Qurbanov
Erciyəs Universitetinin Ədəbiyyat fakültəsinin müəllimi