Bakıda 19 yaşlı gənci avtomobil vurdu
Bakının Xəzər rayonununda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Buzovna qəsəbəsində avtomobil yolu keçən 2004-cü il təvəllüdlü Cəfərov Oktay Samir oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi, döş qəfəsinin küt travması və sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.//Report.az