Bakıda avtomobil küçənin ortasında yandı - ANBAAN VİDEO



 17:08 22.01.2023     443

Bakı şəhərinin Xətai rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi, ön təkərləri və şüşəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Demedia.az-a bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.