Metroda maşinist iş başında öldü - Prokurorluq araşdırmalara başladı



 10:30 23.01.2023     475

Prokurorluq maşinistin iş başında ölməsi ilə bağlı araşdırmalara başlayıb.

Demedia.az-ın xəbərinə görə, yanvarın 22-də "Bakı Metropoliteni" QSC-də maşinist işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu "Avtovağzal metrostansiyası"nın 98-ci piketində təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

"Bakı Metropoliteni" QSC-dən "Report"a bildirilib ki, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib: "Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib. Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır".