Böyük Britaniya səfiri Ağcabədinin icra başçısı ilə görüşdü
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ilə görüşüb.
Demedia.az-ın məlumatına görə, bu barədə səfir tviter səhifəsində yazıb.
"Bu gün Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ilə görüşdüm. Görüş zamanı Ağcabədi rayonundakı Qadın Resurs Mərkəzinin fəaliyyətini və mərkəzin gender bərabərliyinin təmin edilməsinə verdiyi töhfələri müzakirə etdik", - britaniyalı diplomatın paylaşımında deyilir.