Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq.
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin yanvarın 25-də keçirilən iclasında deyib.
O bildirib ki, artıq Əfv Komissiyasının üç iclası keçirilib: “360-dan çox sənədə baxılıb. Düşünürəm ki, iclaslar may ayına kimi davam edəcək”.