Mehriban Əliyeva Tehranda səfirlik əməkdaşının ölümü ilə bağlı başsağlığı verdi



 15:40 27.01.2023     403

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Tehranda səfirlik əməkdaşının ölümü ilə bağlı başsağlığı verib.

Demedia.az xəbər verir ki, Birinci vitse-prezidentin instaqram hesabında yazdığı paylaşımda deyilir:

"Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!"