“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir



 16:49 28.01.2023     336

Növbəti həftə (30-31.01.2023, 01.02.2023 və 03.02.2023 tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Demedia.az xəbər verir ki, aksiya həftənin 1-ci günü Quba rayonunda (Gənclər Parkı), 2-ci günü Siyəzən rayonunda (Mərkəzi Kitabxana), 3-cü günü Qusar rayonunda (Rəsm Qalereyası), 5-ci günü isə Xızı rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.