Qusarda 94 yaşlı qadın özünü asaraq intihar etdi
Qusar rayonunun Laza kənd sakini, 1929-cu il təvəllüdlü Pirəliyeva Nazpəri Şərif qızı yaşadığı evdə özünü asıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
İntiharın səbəbi hələ məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.//Report.az