Şəmkirdə toyda mübahisə: 2 nəfər bıçaqlandı



 09:54 06.02.2023     400

Şəmkir rayonunda toy mərasimində bıçaqlanma hadisəsi olub.

Hadisə Şəmkir şəhər ərazisində yerləşən şənlik evlərinin birində keçirilən toy mərasimində qeydə alınıb.

Mərasimdə düşən mübahisə zamanı 1996-cı il təvəllüdlü İntiqam Nərimanlı qol nahiyəsindən, 1993-cü il təvəllüdlü Məmməd Məmmədli isə bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.//Report.az