Baş Prokurorluqda daha iki təyinat olub
Baş Prokurorluqda daha iki təyinat olub.
Demedia.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Əmrlə Mahir Abbasov Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin edilib.
Digər əmrlə isə Pərviz İbayev Bakı şəhəri, Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Baş prokuror Mətbuat xidmətinin rəhbəri vəzifəsinə Saleh Hacıyevi, Sumqayıt şəhər prokuroru vəzifəsinə Mürvət Həsənovu təyin edib.