Azərbaycan XİN: "Qardaş Türkiyə ilə həmrəyik"
Azərbaycan Xarici İşlər Nazirliyi növbəti dəfə Türkiyə ilə həmrəyliyini elan edib.
Demedia.az xəbər verir ki, bunu nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.
“Azərbaycan qardaş Türkiyə ilə həmrəydir”, - o bildirib.
Bundan başqa, nazirliyin tviter hesabındakı profil loqosu ağ-qara rəngdə dəyişdirilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 6234 nəfər ölüb, 37 011 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.