"Azəriqaz" rəhbərliyi İsmayıllı və Ağsu sakinləri ilə görüşəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin İsmayıllı rayonunda vətəndaş qəbulu keçiriləcək.
Demedia.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, 13 fevral saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı İsmayıllı və Ağsu sakinlərinin müraciətləri dinləniləcək.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050 845 75 15; 020 28 5 40 45) müraciət edə bilərlər.