Daha bir qrup azərbaycanlı Adanadan təxliyə olunacaq



 15:48 10.02.2023     389

Bu gün daha bir qrup azərbaycanlı Türkiyənin Adana şəhərindən ölkəmizə təxliyə olunacaq.

Demedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, təxliyə avtobusu fevralın 10-da yerli vaxtla saat 17:00-da Adana avtovağzalından Azərbaycana yola düşəcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 18 342 nəfər həyatını itirib, 74 242 şəxs xəsarət alıb.