Azərbaycanda koronavirusla bağlı SON DURUM



 19:22 11.02.2023     464

Azərbaycanda son gündə koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demedia.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 828 210 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 965 nəfər müalicə olunaraq sağalıb, hazırda 147 aktiv xəstə var. Bu günə qədər 10 098 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1147, bu günə qədər isə ümumilikdə 7 504 181 test icra olunub.