Türkiyədə zəlzələdə həlak olan Şahin Vəliyevlə vida mərasimi keçirilir
Türkiyədə baş verən dəhşətli zəlzələdə həlak olan azərbaycanlı tələbə Şahin Vəliyev ilə Gəncə şəhər Cavadxan qəsəbəsində vida mərasimi keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak edirlər.
Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışlardan sonra fevralın 14-də tapılıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir//Report.az