Sosial şəbəkələrdə təxribatçı statuslar paylaşan 21 nəfər həbs edildi
Türkiyədə "təxribatçı" fəlakət paylaşımları yerləşdirən 700-dən çox hesab müəyyən edilib.
Demedia.az “TRT Haber” telekanalına istinadən xəbər verir ki, Türkiyədə dağıdıcı zəlzələlərlə bağlı "təxribat xarakterli" yazılar yayan 700-dən çox sosial media hesabı aşkarlanıb, 20-dən çox şübhəli şəxs həbs edilib.
"Sosial şəbəkələrdə zəlzələ ilə bağlı təxribat xarakterli mesajlar yayan 713 hesab administratoru müəyyən edilib. 117 şübhəli saxlanılıb, onlardan 21-i həbs edilib", - telekanal xəbər verir.
Qeyd edək ki, bundan öncə Türkiyə rəsmiləri təbii fəlakətlə bağlı etibarsız məlumatların dərc edilməsinə qarşı hamını xəbərdar etmişdi.