Azərbaycanda turizm informasiya mərkəzləri ləğv olundu
Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib.
Demedia.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla), Şamaxı, Xaçmaz, Quba, Lənkəran, Gəncə, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı və Bərdədəki turizm informasiya mərkəzləri ləğv olunub.