Bəzi magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
Fevralın 20-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.
Bu barədə Demedia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman olacaq.