Tağı Əhmədovun vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi
“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun səhhəti yenidən pisləşib.
Demedia.az unikal-a istinadən xəbər verir ki, o, Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib.
Tağı Əhmədov hazırda həmin klinikada müalicəsini davam etdirir.
Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-nin rəisi olub. Son zamanlarda onun ayağında ciddi problem yaranmışdı.