“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə görüş keçiriləcək
SOCAR “Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək.
Demedia.az xəbər verir ki, “Açıq qapı” aksiyası fevralın 24-də baş tutacaq.
Saat 11:00-da başlayacaq aksiya feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.