Qaxa 1 metrə yaxın qar yağdı



 09:59 24.02.2023     362

Qax rayonunun Sarıbaş kəndinə 1 metrə yaxın qar yağıb.

Demedia.az Report-a istinadən xəbər verir ki, axşam saatlarından etibarən Azərbaycanda hava şəraiti dəyişib, havanın temperaturu aşağı düşüb.

Bəzi ərazilərdə güclü külək əsməyə və yağış yağmağa, bəzi ərazilərdə isə qar yağmağa başlayıb.

Hazırda ölkədə müşahidə olunan soyuq hava şəraiti davam edir.

Belə ki, dünən axşamdan yağmağa başlayan güclü qar nəticəsində Sarıbaş kəndi ərazisində qarın hündürlüyü 95 sm-ə çatıb.

Qeyd edək ki, Sarıbaş kəndi Azərbaycanın 3 ən ucqar, Qaxın isə ən ucqarda yerləşən kəndidir. Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir.