Bu ərazilərdə su olmayacaq



 11:33 28.02.2023     466

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 28 fevral 2023-cü il tarixində gün ərzində Binəqədi rayonunun  bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A. Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə), həmçinin kənd Masazır ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Demedia.az xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC yayıb.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.