“Azəriqaz” ötən il qaz satışından əldə etdiyi vəsaiti açıqlayıb
2022-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçılara 7 milyard 321 milyon kubmetr “mavi yanacaq” satılıb.
Demedia.az-ın məlumatına görə, bunu “Azəriqaz” İB-nin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bu gün media və QHT nümayəndələri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, ötən il əhaliyə satılan təbii qazın ümumi dəyəri 1 milyon 332 min 424 manat təşkil edib.
O qeyd edib ki, bunun müqabilində 1 milyon 314 min 569 manat ödəniş toplanıb: “Bu, satılan qazın dəyərinin 98,66 %-ini təşkil edir”.