Uşaqlarına əsəbiləşən qadın özünü bıçaqladı
İsmayıllıda qadın özünü bıçaqlayıb.
Demedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun İsmayıllı kənd sakini, 1990-cı il təvəllüdlü A.İsayeva (şərti) atasına məxsus evdə özünü qarın nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilmiş qadının vəziyyəti orta-ağırdır.
İlkin araşdırma zamanı 33 yaşlı qadının evdə övladlarına əsəbləşməsi nəticəsində özünə xəsarətlər yetirməsi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.