Hacı Şahinin SON fotosu
Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin sosial mediada son fotosu yayılıb.
Demedia.az xəbər verir ki, yayılan fotodan da göründüyü kimi Hacı Şahinin müayinə üçün getdiyi "Baku Medical Plaza"nın mühafizəçisi onunla foto çəkdirib.
Qeyd edək ki, din xadimi martın ikisi səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.
48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.
Allah rəhmət eləsin.