Sahibkarlarla növbəti görüş Salyanda keçiriləcək
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Salyan rayonunda görüşü təşkil olunacaq.
Demedia.az xəbər verir ki, aksiya Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq.
“Səyyar qəbul otağı” mart ayının 9-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.