Ağdaşda içkili sürücülərlə bağlı tədbir görüldü



 13:45 07.03.2023     346

Ağdaşda narkotik vasitə və spirtli içki qəbul edib avtomobil idarə edən 13 sürücü barəsində qanunamüvafiq tədbir görülüb.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Ağdaş rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edərək özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücülər müəyyən olunub.

Ötən ay ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı narkotikin təsiri altında 9, spirtli içki qəbul edib nəqliyyat vasitəsi idarə edən 4 sürücü saxlanılıb.

Araşdırma zamanı onlardan bəzilərinin sürücülük hüququnun olmadığı da məlum olub.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.