Biləsuvarda 4.2 maqnitudada zəlzələ oldu



 11:26 08.03.2023     327

Biləsuvar rayonunda zəlzələ olub.

Bu barədə Demedia.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda qeydə alınıb.

Maqnitudası 4.2, dərinliyi 37 km olan zəlzələ ətraf rayonlarda 3 maqnitudaya qədər hiss olunub.