"Azəriqaz"dan qazı olmayanlara ŞAD XƏBƏR



 13:59 10.03.2023     337

“Hər il olduğu kimi regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində bu ildə də qazlaşdırılma tədbirləri davam etdirilir. Bildiyimiz kimi, 2021-ci ilə qədər qazlaşdırma tədbirləri dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilirdi. Artıq 2021-ci ildən etibarən ölkə ərazisində qazlaşdırılma tədbirləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin daxili maliyyə resurları, işçi qüvvəsinin hesabına həyata keçirilir”.

Demedia.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-in Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün keçirilən "Açıq qapı" aksiyasında dedi. 

Onun sözlərinə görə, bu il 150-ə yaxın kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur:

“Qazlaşdırılma yeni yaşayış massivlərində təbii qazla təmin olunmayan kəndlərdə daşıyıcı və paylayıcı küçə xətlərinin çəkilməsindən ibarətdir. SOCAR “Azəriqaz” İstehsalat Birliyinin sifarişi əsasında daşıyıcı və paylayıcı küçə xətləri çəkildikdən sonra artıq mənzildaxili qazlaşdırılma işləri vətəndaşların öz sifarişi ilə müvafiq sahədə xüsusi lisenziyası olan podradçı təşkilatlara müraciət etmək şərti ilə həyata keçirilir. Bu zaman məişət qaz sayğacları əhali abonentləri üçün tam ödənişsiz olaraq “Azəriqaz” İB tərəfindən təmin olunur. Bu ilin iki ayı ərzində 32 yaşayış məntəqəsi və yeni yaşayış massivinin qazlaşdırılması tam başa çatdırılıb. Bu qeyd etdiyim kənd və massivlərdə təbii qazın verilməsi təmin olunub. Hal-hazırda 36 kənd və yeni yaşayış massivində qazlaşdırılma işləri davam etdirilir. 23 yaşayış massivi və kəndin isə qazlaşdırılma işləri tamamlanıb, hal-hazırda istismara qəbul prosesi gedir. Və bu qeyd etdiyim sayda massiv və kəndlər qazın verilməsi ərəfəsindədir”.