Prezidentin köməkçisi: "Ermənistan Aİ missiyasından sui-istifadə edir"



 23:11 12.03.2023     296

"Ermənistan Aİ missiyasından sui-istifadə edir".

Demedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Reprot-a müsahibəsində bildirib.

"2022-ci ilin oktyabr ayında Praqa danışıqları zamanı razılaşdırılmış məqamlardan əlavə Aİ missiyasının mandatına yeni məqamların daxil edilməsi bizim üçün gözlənilməz oldu və bu bizdə, açığı inamsızlıq yaratdı. Bundan əlavə, 2 aylıq müddət bitdikdən sonra tələm-tələsik yeni missiya, özü də bu dəfə 2 illik müddətə təsis edildi.

Əlbəttə, Ermənistan öz ərazisinə nəinki Aİ-nin missiyasını, digər ölkələri də çağıra bilər. Amma Aİ missiyası Azərbaycanla sərhəddə yerləşdiyi üçün Azərbaycanın mövqeyi, narahatlığı nəzərə alınmalıdır. Özü də bu missiya iddia edildiyi kimi, mülki missiya deyil, onun tərkibində keçmiş hərbçilər, polis əməkdaşları yer alıb", - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

"Bizim təxminlərimiz özünü doğrultdu. Ermənistan missiyadan sui-istifadə edir. Son vaxtlar Ermənistan ordusu şərti sərhəddə mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyinin açıqlaması ilə yəqin ki tanış olmusunuz, orada deyilir ki, Ermənistan bununla Azərbaycanı cavab atəşi açmağa təhrik edir. Məqsəd Aİ missiyasında yanlış rəy formalaşdırmaq və vəziyyəti süni olaraq gərginləşdirməkdir. Ermənistan düşünür ki, Aİ missiyasının gəlməsi ilə onun təhlükəsizliyi təmin olunub və indi diqqətini Qarabağda pozuculuq əməllərini davam etdirməyə yönəldə bilər.

Biz hesab edirik ki, Cənubi Qafqaz regionu geopolitik rəqabət məkanı olmamalıdır.

Amma Ermənistan fərqli mövqedədir", - Hikmət Hacıyev əlavə edib.